Ermənistanın Aİ-yə yaxınlaşması yalnız 12 ildən sonra mümkün ola bilər
Qərb Ermənistanın problemlərinə qarışmaq və regionun yenidən qurulması üçün məsuliyyət daşımaq istəmir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyalı politoloq Sergey Markedonov deyib.
O, İrəvanda keçirilən "Avrasiya Dialoqu. Ermənistan-2026" beynəlxalq analitik proqramı çərçivəsindəki konfransda bildirib ki, Qərb üçün Ermənistan ətrafındakı vəziyyət böyük "pazlın" – İran, Türkiyə və Yaxın Şərq arasındakı müəyyən əlaqə hissələrindən biridir.
Markedonov xatırladıb ki, qərbli tərəfdaşlar Ermənistan üçün heç bir model təklif etmirlər.
Hətta avropalı emissarların ən nikbin proqnozlarına görə, Ermənistanın Aİ-yə yaxınlaşması yalnız 12 ildən sonra mümkün ola bilər.
Qərbin hazırda verə biləcəyi tək şey sadəcə gözəl piar formullarıdır.
Validə Musayeva
19:17 26.02.2026
Oxunuş sayı: 626