Oman körpü rolunda çıxış edir
İranın xarici işlər naziri Abbas Əraqçi omanlı həmkarı Bədr əl-Busaidi ilə görüşü zamanı İranın nüvə məsələləri və sanksiyaların ləğvi ilə bağlı mövqeyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, ABŞ ilə planlaşdırılan dolayı danışıqlara hazırlıq çərçivəsində Tehranın əsas prinsiplərini diqqətə çatdırıb. İran tərəfi nüvə proqramı ilə bağlı hüquqlarının qorunmasının vacibliyini vurğulayıb və eyni zamanda sanksiyaların aradan qaldırılmasını prioritet məsələ kimi təqdim edib.
Görüş regional diplomatik səylər fonunda baş tutub və Oman adətən Tehran ilə Vaşinqton arasında vasitəçi rolunu oynayan ölkələrdən biri hesab olunur.
Turqut Ansari
18:35 26.02.2026
Oxunuş sayı: 738