Gürcüstan Rusiyaya sanksiya tətbiq etməyəcək – Nazir şok açıqlama verdi
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, ölkə Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq etməyib və tətbiq etməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir vurğulayıb ki, belə sanksiyalar Gürcüstan üçün ciddi iqtisadi və siyasi ziyan yarada bilər, buna görə də ölkə bu cür addım atmamaqda qərarlıdır. Gürcüstanın siyasəti regional stabilliyi qorumaq və iqtisadi maraqları müdafiə etmək yönümlüdür.
18:26 26.02.2026
Oxunuş sayı: 642