Borge Brende Epşteynlə əlaqələri ilə bağlı aparılan müstəqil araşdırmadan sonra Dünya İqtisadi Forumunun baş direktoru vəzifəsindən istefa verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, araşdırma Brendenin mərhum maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələrini əhatə edib. Araşdırmanın detalları açıqlanmasa da, istefa qərarının məhz bu prosesdən sonra verildiyi bildirilir.
Qurum rəhbərliyində baş verən dəyişikliklə bağlı əlavə açıqlamaların yaxın vaxtlarda veriləcəyi gözlənilir.