Macarıstanın mədəniyyət və innovasiyalar naziri Yanos Çak ölkəsinin kimliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, o bildirib ki, Macarıstan özünü Avropaya aid bir ölkə kimi qəbul etsə də, eyni zamanda “Orta Asiyadan gəlmiş türk milləti” kimidir.
Nazir “Biz türk dünyasının bir parçasıyıq”, – deyə vurğulayıb.
Çakın bu açıqlaması Macarıstanın həm Avropa mədəniyyətinə, həm də türk köklərinə aid olduğunu önə çıxarır və ölkənin etnik və tarixi kimliyi ilə bağlı müzakirələrə səbəb olub.