Gül satışı mağazasında baş verən yanğında xəsarət alan olmayıb - SORĞU
Bu gün səhər 08:06 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, Elşən Süleymanov küçəsi ərazisindəki gül satışı mağazasında baş verən yanğında xəsarət alan olmayıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı çağırış qeydə alınıb: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət qeydə alınmayıb".
Ayhan
10:47 23.02.2026
Oxunuş sayı: 623