Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb
Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Crossmedia.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib. Kömür quyularının isə fəaliyyəti dayandırılıb.
17:15 29.10.2025
Oxunuş sayı: 943