Şəhid Mübariz Şahmurovun nəşinin qalıqları Keşlədə dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Şahmurov Mübariz Ağahüseyn oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Crossmedia.az xəbər verir ki, bu gün şəhidlə ailəsinin yaşadığı Bakının Nərimanov rayonu Atatürk prospektində evdə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Mübariz Şahmurov 1963-cü ildə Sabirabd rayonunun Navdan kəndində anadan olub. 26 fevralı 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.
12:46 28.10.2025
Oxunuş sayı: 1010