Azərbaycanlı iş adamı Yusif Xəlilovun həbs müddəti uzadılıb
13 oktyabr tarixində Yusif Xəlilovun həbsdə saxlanma müddəti 15 dekabradək uzadılıb.
Crossmedia.az “Abireg” nəşrinə istinadən xəbər verir.
Məhkəmədən bildirilib ki, işin gələcək gedişi ilə bağlı əlavə məlumat yoxdur:
“Bundan sonra nə olacağı bilinmir”, – deyə məhkəmə nümayəndəsi qeyd edib.
Qeyd edək ki, daha əvvəl mediada sahibkarın azadlığa buraxıla biləcəyi barədə məlumatlar yayılmışdı.
Günel Verdiyeva
21:54 27.10.2025
Oxunuş sayı: 1612