Muğam Televiziya Müsabiqəsinin finalı Laçında keçirilib

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Muğam Televiziya Müsabiqəsinin 9-cu final konserti Laçında təşkil olunub. Tədbir ölkənin mədəni həyatında mühüm hadisə kimi dəyərləndirilib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov “İnstagram” hesabında paylaşım edib. Paylaşımda müsabiqənin qalibləri – yeniyetmə və gənc ifaçılar təbrik olunub.
Təşkilatçılar, o cümlədən Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası və komanda üzvlərinə təşəkkür bildirilib, xüsusi olaraq münsiflər heyətinin gərgin əməyinə diqqət çəkilib.
20:18 15.08.2025
Oxunuş sayı: 665