Universitetlərdə 3 mindən artıq boş yer qalıb - TARİX AÇIQLANDI

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər ali məktəblərə qəbul olunub.
Crossmedia.az xəbər verir İxtisas qrupları üzrə ümumilikdə 3 min 100-dən artıq boş yer qalıb. Boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
11:09 25.08.2025
Oxunuş sayı: 728