Qarabağ Universiteti Enactus Azərbaycan Milli Yarışının qalibi olub

Avqustun 15-də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilən 2025-ci il Enactus Azərbaycan Milli Yarışı uğurla başa çatıb. Maraqlı və rəqabətli mübarizə şəraitində keçən yarışın qalibi Qarabağ Universitetinin “Enactus” komandası olub.
Crossmedia.az
xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.
Məlumata
görə respublika üzrə 24 universitet komandasının qatıldığı yarışın yarımfinal
mərhələsinə 12, final mərhələsinə isə 6 komanda yüksəlib. Finalda Qarabağ
Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan
Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad
Universitetinin komandaları layihələrini təqdim edib və münsiflərin suallarını
cavablandırıblar.
“Enactus
Azərbaycan”ın İdarə Heyəti üzvlərindən ibarət münsiflər heyətinin qərarına
əsasən, Qarabağ Universitetinin “Enactus” komandası fərqlənərək birinci yerə
layiq görülüb. Qələbə sayəsində Qarabağ Universitetinin “Enactus” komandası
2025-ci ilin 25-28 sentyabr tarixlərində Tailandda keçiriləcək Enactus Dünya
Kubokunda Azərbaycanı təmsil etmək hüququ qazanıb. Dünya Kubokunda iştirak
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Tədbirin
sonunda qalib komandalar mükafatlandırılıb.
Qeyd
edək ki, Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri
yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük
təcrübə və öyrənmə platforması hesab edilir. Enactus gənclərə nəzəri
biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini
həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.
19:46 16.08.2025
Oxunuş sayı: 783