Suriyada vəziyyət qarışır: “...Türkiyə mütləq müdaxilə edəcək”

Türkiyənin "Hürriyyət" qəzetinin məlumatına görə, Türkiyə və Suriya hərtərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq.
Qəzet bu sənədin nə vaxt imzalanmasının nəzərdə tutulduğunu açıqlamayıb. Yazıda Ankara və Dəməşqin İsraildən Suriyanın təhlükəsizliyinə təhdidlər fonunda bu mühüm addımı atdığı qeyd edilir.
"Hürriyət" xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bundan əvvəl ölkəsinin Suriyada sabitliyi pozmaq və onu parçalamaq planlarına imkan verməyəcəyini bəyan etmişdi. Nəşr həmçinin qeyd edir ki, Suriyanın yeni hakimiyyət orqanları terrorla mübarizədə kömək üçün Türkiyəyə üz tutub.
Daha əvvəl isə bildirilmişdi ki, Suriya daxili təhlükəsizliyi təmin etmək üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyib.
Suriyada daha əvvəl gərginlik fonunda rəsmi Ankaranın hansı addıma atacağı əsas müzakirə mövzularındandır.
Bu barədə Crossmedia.az-a danışan türkiyəli hərbi ekspert Abdullah Ünay bildirib ki, rəsmi Ankara bu günə qədər olduğu kimi, bundan sonra da Dəməşqin yanında olacaq, Suriyaya hərbi dəstək verəcək: “Suriya vasitəsilə Türkiyənin təhlükəsizliyi təhdid edilərsə, Türkiyə mütləq müdaxilə edəcək. İsrail çox gözəl bilir ki, Türkiyəyə qalib gələ bilməz. ABŞ dəstəyinin də heç bir faydası olmayacaq”.
Kənan Novruzov
20:03 25.07.2025
Oxunuş sayı: 1675