Konqoda Ebola virusundan ölənlərin sayı 5 mini keçib
Konqo Demokratik Respublikasında Ebola virusu nəticəsində ölənlərin sayı 5 mini ötüb, yoluxanların sayı isə 10 351 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Bildirilib ki, hazırkı epidemiya zamanı ölüm göstəricisi 48,6 faiz təşkil edir.
Ebola epidemiyası mayın 15-də Uqanda və Konqo Demokratik Respublikasında başlayıb. Bu epidemiya Afrikada müşahidələrin aparıldığı bütün dövr ərzində ölüm hallarının sayına görə ikinci ən ağır Ebola epidemiyası hesab olunur.
Virusla yoluxma və ölüm halları Konqo Demokratik Respublikasının səkkiz əyalətində qeydə alınıb.
Uqanda hakimiyyəti iyulun 28-də ölkədə epidemiyanın başa çatdığını elan edib. Avqustun 25-də Ümumdünya Səhiyyə Təşkilatı da bu məlumatı təsdiqləyib.
Oktyabrın 6-da Keniya hakimiyyəti ölkədə ilk Ebola yoluxması halının qeydə alındığını açıqlayıb. Oktyabrın 20-də isə Nigeriyanın Səhiyyə Nazirliyi ölkə ərazisində ilk yoluxma faktının aşkarlandığını bildirib.
02:55 01.11.2026
Oxunuş sayı: 64