Rubio: ABŞ ilə İran arasında danışıqlar heç vaxt dayandırılmayıb
ABŞ ilə İran arasında münaqişənin nizamlanmasına dair danışıqlar heç vaxt dayandırılmayıb.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio G20 ölkələrinin xarici işlər nazirlərinin Atlantada keçirilən görüşü çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib. Bu barədə “Reuters” məlumat yayıb.
Rubionun sözlərinə görə, tərəflər arasında fəal təmaslar davam edir. Bəzi hallarda əlaqələr birbaşa, daha çox isə vasitəçilər üzərindən həyata keçirilir.
Diplomat qeyd edib ki, Vaşinqton Yaxın Şərqdəki münaqişənin diplomatik yolla həllinə açıqdır.
O, danışıqların konkret vaxtı barədə məlumatının olmadığını bildirib. Dövlət katibinin sözlərinə görə, bu məsələ ilə bağlı qərarları ABŞ Prezidenti Donald Tramp verir.
Rubio İranla bağlı hərbi əməliyyatların yenidən bərpa olunması ehtimalı barədə danışmaqdan da imtina edib.
23:51 31.10.2026
Oxunuş sayı: 59