Altı şəkər əvəzedicisi beyin yaşlanması ilə əlaqələndirildi
Braziliyada aparılan səkkizillik araşdırma aşağı kalorili və kalorisiz dadlandırıcıların yüksək istehlakının yaddaş və digər koqnitiv funksiyaların zəifləməsi ilə əlaqəli olduğunu üzə çıxarıb.
Crossmedia.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələrini dərc edən “Neurology” elmi jurnalı məlumat yayıb.
San-Paulu Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu 12 772 nəfərin məlumatlarını təhlil edib. Araşdırmanın əvvəlində iştirakçıların orta yaşı 52 olub. Onlar qidalanma vərdişləri ilə bağlı sorğuları cavablandırıb, yaddaş, sözlü ifadə və informasiyanın emalı sürətini qiymətləndirən üç koqnitiv testdən keçiblər.
Tədqiqatda aspartam, saxarin, asesulfam kalium, Braziliyada aparılan səkkizillik araşdırma aşağı kalorili və kalorisiz dadlandırıcıların yüksək istehlakının yaddaş və digər koqnitiv funksiyaların zəifləməsi ilə əlaqəli olduğunu üzə çıxarıb.
Crossmedia.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələrini dərc edən “Neurology” elmi jurnalı məlumat yayıb.
San-Paulu Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu 12 772 nəfərin məlumatlarını təhlil edib. Araşdırmanın əvvəlində iştirakçıların orta yaşı 52 olub. Onlar qidalanma vərdişləri ilə bağlı sorğuları cavablandırıb, yaddaş, sözlü ifadə və informasiyanın emalı sürətini qiymətləndirən üç koqnitiv testdən keçiblər.eritritol, ksilitol, sorbitol və tagatoz olmaqla yeddi dadlandırıcının istehlakı araşdırılıb. Bu maddələr əsasən içkilərdə, şirniyyatlarda və şəkəri azaldılmış digər məhsullarda istifadə olunur.
Nəticələrə görə, 60 yaşdan aşağı iştirakçılarda bu dadlandırıcıların ümumi istehlakının yüksək olması sözlü ifadə qabiliyyətinin və ümumi koqnitiv göstəricilərin daha sürətlə zəifləməsi ilə əlaqələndirilib. 60 yaşdan yuxarı şəxslərdə isə oxşar əlaqə qeydə alınmayıb.
Ayrı-ayrı maddələrin təhlili göstərib ki, tagatoz istisna olmaqla, digər altı dadlandırıcının istehlakı koqnitiv zəifləmə ilə əlaqəlidir. Xüsusilə yaddaş və sözləri tez xatırlamaq qabiliyyətinə təsir edən göstəricilərdə fərqlər müşahidə olunub. Bu əlaqələr diabeti olan və olmayan iştirakçılar arasında da fərqlənib.
Tədqiqatçılar vurğulayıblar ki, araşdırma müşahidə xarakteri daşıyır və dadlandırıcıların beyin funksiyalarının zəifləməsinə birbaşa səbəb olduğunu sübut etmir. Nəticələrə digər qidalanma vərdişləri, sağlamlıq vəziyyəti və həyat tərzi amilləri də təsir göstərə bilər.
Bundan əlavə, iştirakçıların qidalanma məlumatları özlərinin verdiyi cavablara əsaslandığından nəticələrdə müəyyən qeyri-dəqiqlik ehtimalı var.
21:41 31.10.2026
Oxunuş sayı: 51