İstanbulda iki əməliyyatda 142 mindən çox elektron siqaret müsadirə edilib
Türkiyənin İstanbul şəhərində Gömrük Mühafizə Xidmətinin əməkdaşları tərəfindən keçirilən iki ayrı əməliyyat zamanı 142 min 100 elektron siqaret cihazı müsadirə edilib.
Crossmedia.az Türkiyə Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, əməliyyatlardan birində Sarıyer rayonundakı anbarda bazar dəyəri 118 milyon 445 min lirə olan 46 min 200 elektron siqaret aşkarlanıb.
Digər əməliyyat Ambarlı limanına daxil olan konteynerdə keçirilib. Yoxlama zamanı bazar dəyəri 192 milyon 134 min lirə olan 95 min 900 elektron siqaret cihazı ələ keçirilib.
Müsadirə edilən məhsulların ümumi bazar dəyəri 310 milyon 579 min lirə təşkil edib. Nazirlik əməliyyatları Türkiyə tarixində elektron siqaretlərin ən böyük müsadirəsi kimi qiymətləndirib.
Faktlarla bağlı İstanbul Anadolu və Böyükçekmece Respublika Prokurorluqlarında araşdırmalar davam edir.
19:14 31.10.2026
Oxunuş sayı: 54