Trampın süni intellektlə söhbətləri siyasi qalmaqala çevrildi
ABŞ Konqresinin aparıcı demokratları Donald Trampdan süni intellekt çatbotları ilə apardığı bütün yazışmaları, o cümlədən İlon Maskın “Grok” platforması ilə söhbətlərini qoruyub saxlamağı tələb ediblər.
Crossmedia.az xəbər verir ki, “POLITICO” bu barədə məlumat yayıb.
Nümayəndələr Palatasının üzvləri Ceymi Raskin və Robert Qarsiya bu tələbi Ağ Evin qərarlarına süni intellektin mümkün təsiri ilə bağlı narahatlıqlarla əsaslandırıblar.
Konqresmenlərin sözlərinə görə, Tramp Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsinə hazırlıq zamanı venesuelalıların bu hadisəyə necə reaksiya verəcəyi barədə “Grok” çatbotuna müraciət edib.
Məlumatlara əsasən, Tramp bundan bir neçə həftə sonra ABŞ hərbçilərinə Maduroya qarşı əməliyyat keçirmək barədə göstəriş verib.
Raskin və Qarsiya prezidentin hərbi məsələlərlə bağlı qərar qəbul edərkən Konqreslə məsləhətləşmək əvəzinə süni intellektə müraciət etməsini tənqid ediblər.
Onlar həmçinin Trampdan çatbotlara göndərilən sorğuların və süni intellektin verdiyi cavabların saxlanılmasını istəyiblər.
19:45 31.10.2026
Oxunuş sayı: 60