Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP layihəsi müzakirə olunub
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşərək Cənubi Qafqazda regional əlaqələri, TRIPP layihəsini və Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş Bəhreynin paytaxtı Manamada keçirilib.
Ararat Mirzoyan bu barədə “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
Tərəflər regional nəqliyyat bağlantılarının inkişafı, TRIPP layihəsi və Azərbaycan-Ermənistan sülhünün institusionallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
21:22 31.10.2026
Oxunuş sayı: 54