Apple süni intellekt xərcləri fonunda dünyanın ən dəyərli şirkəti oldu
Apple bazar dəyərinə görə Nvidia-nı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti titulunu yenidən qazanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 30-da keçirilən birja əməliyyatları zamanı Apple-ın bazar dəyəri 5,03 trilyon dollara, Nvidia-nın göstəricisi isə 4,93 trilyon dollara çatıb.
Ticarət sessiyası ərzində Apple səhmləri 1,2%, Nvidia səhmləri isə 4,2% ucuzlaşıb. Buna baxmayaraq, Apple bazar dəyərinə görə rəqibini geridə qoyub.
Analitiklərin fikrincə, investorların süni intellekt infrastrukturuna böyük həcmdə investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqları Apple-a marağı artırıb. Şirkət süni intellekt sahəsində rəqiblərindən fərqli olaraq kapital xərclərini daha aşağı səviyyədə saxlayır.
Bunun əksinə, Alphabet və Amazon kimi texnologiya nəhəngləri süni intellekt layihələrinə böyük vəsait ayırır. Bu investisiyalar şirkətlərin sərbəst pul axınına təzyiq göstərir və əlavə maliyyələşmə ehtiyacını artırır.
Qeyd edək ki, Apple iyulun sonunda da qısa müddətə Nvidia-nı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olmuşdu.
21:38 31.10.2026
Oxunuş sayı: 63