Bakıdan Moskvaya uçan təyyarə başqa şəhərə endirildi
Moskvaya uçan 20-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə paytaxtın hava limanlarının nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Bakı və Kalininqraddan Domodedovo hava limanına uçan reyslər Nijni Novqorod və Sankt-Peterburqa yönləndirilib.
Vnukovo hava limanına istiqamətlənən 12 təyyarə isə Sankt-Peterburq, Nijni Novqorod, Minsk, Yaroslavl və Şeremetyevoya göndərilib. Həmin reyslər Pskov, Antalya, Dubay, Səmərqənd, İstanbul və Sıktıvkardan həyata keçirilirdi.
Şeremetyevoya uçan daha 15 təyyarənin istiqaməti dəyişdirilərək Kazan, Nijni Novqorod, Sankt-Peterburq və Saratov hava limanlarına yönəldilib.
23:36 31.10.2026
Oxunuş sayı: 53