Suriyada druz silahlı qrupları arasında şiddətli toqquşmalar başlayıb
Suriyanın cənubundakı Süveyda şəhərində druz silahlı birləşmələri arasında şiddətli toqquşmalar baş verib.
Crossmedia.az xəbər verir ki, “Syria TV” əyalətin informasiya idarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, şəhərdə qanunsuz silahlı qruplaşmalar arasında baş verən qarşıdurmalar El-Məşurab məhəlləsində başlayıb.
Yerli mənbələrin məlumatına görə, toqquşan tərəflər druz özünümüdafiə qüvvələrinin “Milli Qvardiya” adlanan strukturuna daxil olan qruplardır.
Daha sonra qarşıdurmalar şəhərin şimal girişində yerləşən El-Xarubi ərazisindən El-Mühəndisin məhəlləsi istiqamətində yayılıb.
Atışmalar zamanı qumbaraatanlardan və orta çaplı silahlardan istifadə olunur.
23:47 31.10.2026
Oxunuş sayı: 57