Azərbaycan cüdoçuları Asiya Kubokunda bütün medallara sahib çıxdılar
İordaniyanın paytaxtı Əmmanda keçirilən gənclər arasında cüdo üzrə Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, Azərbaycan komandası turnirin ilk yarış günündə 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 5 medal əldə edib.
Gülşən Hüseynova (-48 kq) və Ayan Əliyeva (-63 kq) qızıl medal qazanaraq turnirin qalibi olublar. Eyni çəkidə mübarizə aparan Gülgəz Musayeva (-48 kq) və Aytən Verdiyeva (-57 kq) gümüş, Çinarə Sadıqova (-52 kq) isə bürünc medal əldə edib.
Azərbaycan millisi ilk yarış gününü qızların mübarizəsində birinci, ümumi komanda hesabında isə ikinci yerdə başa vurub.
Qeyd edək ki, beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.
23:12 31.10.2026
Oxunuş sayı: 55