Peskov: Rusiya dayanıqlı sülhün təmin olunmasını istəyir
Rusiya Ukraynada gələcək nəsillər üçün uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasını istəyir.
Crossmedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “NBC News” telekanalına müsahibəsində bildirib.
“Biz gələcək nəsillər üçün uzunmüddətli sülh istəyirik”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin həlli istiqamətində iş aparıldığını bildirmişdi. O, həmçinin ABŞ-nin birinci xanımı Melaniya Trampın Aleşkidə missiyanın təşkilinə verdiyi töhfəni qeyd etmişdi.
22:46 31.10.2026
Oxunuş sayı: 61