Hörmüz boğazında təhlükəsiz keçid üçün razılaşma əldə edildi
İran və Oman Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün marşrutları razılaşdırıb.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə açıqlama verib.
Onun sözlərinə görə, tərəflər Hörmüz boğazından təhlükəsiz keçid üçün marşrutların coğrafi koordinatlarını müəyyənləşdirib.
Razılaşdırılmış koordinatların müvafiq beynəlxalq quruma təqdim olunacağı bildirilib.
18:58 08.10.2026
Oxunuş sayı: 51