Tişrin Santralında partlayış: Elektrik kəsintiləri arta bilər
Tişrin Santralında qaz xəttində baş verən partlayışdan sonra elektrik stansiyalarının fəaliyyəti üçün zəruri olan qaz təchizatının dayandığı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, şirkətdən verilən yazılı açıqlamada bildirilib ki, qaz təchizatının dayanması səbəbindən bəzi elektrik stansiyaları fəaliyyətini dayandırıb. Nəticədə istehsal olunan elektrik enerjisinin həcminin azalacağı və mövcud istehsal gücünün aşağı düşməsi ilə əlaqədar elektrik kəsintilərinin müvəqqəti olaraq artacağı qeyd olunub.
Açıqlamada stansiyaların vəziyyəti və elektrik enerjisinin təchizatı ilə bağlı sonrakı inkişafların ictimaiyyətə açıqlanacağı bildirilib.
Partlayışdan sonra baş verən yanğının söndürüldüyü, hadisə ilə bağlı araşdırmaların isə mütəxəssis qrupları tərəfindən davam etdirildiyi vurğulanıb.
04:43 01.10.2026
Oxunuş sayı: 42