İndoneziya XİN başçısının müavini Azərbaycana səfər edəcək
Yaxın vaxtlarda İndoneziyanın xarici işlər nazirinin müavini və investisiyalar nazirinin müavini Azərbaycana səfər edəcəklər.
Bu barədə Crossmedia.az-a İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.
"İndoneziyanın xarici işlər nazirinin müavini sentyabr və ya oktyabrda Azərbaycana gələcək. Bundan əlavə, investisiyalar nazirinin müavininin səfəri gözlənilir. İki fərqli nümayəndə heyəti olacaq", - diplomat qeyd edib.
12:41 11.09.2026
Oxunuş sayı: 47