Soyqırımı törətməkdə təqsirli bilinən Ratko Mladiç vəfat edib
Bosniya serblərinin keçmiş ordu komandanı general Ratko Mladiç 84 yaşında vəfat edib.
Crossmedia.az bu barədə serbiyanın “Informer” telekanalına istinadən xəbər verir.
Son iki il ərzində Mladiç Haaqadakı həbsxana hospitalında saxlanılıb. Məlumata görə, son vaxtlar o, yatağa məhkum olub. Səhhətinin pisləşməsi səbəbindən ailəsi daha əvvəl humanitar əsaslarla onun azadlığa buraxılması üçün vəsatət qaldırmışdı.
Mladiç 2011-ci il mayın 26-da Serbiyada həbs edilib və Haaqaya ekstradisiya olunub. 2017-ci ilin noyabrında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal onu ömürlük həbs cəzasına məhkum edib.
Məhkəmə Mladiçi 1992–1995-ci illərdə Bosniya və Herseqovinada müharibə zamanı törədilmiş soyqırımında, hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilib.
18:07 27.08.2026
Oxunuş sayı: 55