İranda 22 yaşlı etirazçıya ÖLÜM HÖKMÜ verildi
İranda yanvar ayında başlayan etiraz aksiyaları zamanı saxlanılan 22 yaşlı Əmir Məhəmməd Mocəlləl Çubəri edam cəzasına məhkum edilib.
Crossmedia.az xəbər verir ki, “Iran International” bu barədə məlumat yayıb.
Məlumata görə, Çubəri “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq”, “etirazlarda iştirak etməklə ictimai asayişi pozmaq” və “hökumət məmuruna qəsd etmək”də ittiham olunub.
Bildirilir ki, məhkəmə bu ittihamlar əsasında onun barəsində ölüm hökmü çıxarıb.
15:32 26.08.2026
Oxunuş sayı: 42