CIA rəhbərinin Moskvaya səfərinin əsl səbəbi məlum olub
CIA direktoru Con Retkliff Rusiyaya yeni səfərbərliyin qarşısını almaq məqsədilə səfər edib.
Crossmedia.az bu barədə ˝The Wall Street Journal˝-ına istinadən xəbər verir.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının məlumatlarına əsasən, Rusiya NATO-nun mümkün eskalasiyaya hazırlığını yoxlamaq üçün yeni səfərbərlik keçirməyə hazırlaşır. Bildirilir ki, CIA rəhbəri Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə belə bir addım atmamaq barədə xəbərdarlıq edib.
Nəşr Retkliffin səfərinin digər mümkün səbəbləri arasında İranda atəşkəs məsələsini və Rusiyanın Tehrana dəstəyini də göstərib.
22:02 25.08.2026
Oxunuş sayı: 48