Hawk yanğını sürətlə yayılır: FÖVQƏLADƏ HAL elan edildi
Hawk yanğını sürətlə yayılır.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Nevada ştatının Reno şəhərinin şimal-qərbində başlayan “Hawk” meşə yanğını sürətlə genişlənərək yaşayış məntəqələrinə doğru irəliləyir.
Yanğın artıq təxminən 4 250 hektar ərazini əhatə edib. Hadisə ilə əlaqədar Nevada ştatının Washoe County ərazisində fövqəladə hal elan olunub.
Güclü külək, aşağı rütubət və quru bitki örtüyü alovun sürətlə yayılmasına səbəb olur.
Yanğının yaşayış ərazilərinə yaxınlaşması bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
13:31 24.08.2026
Oxunuş sayı: 59