Ər-Riyad hava limanına raket zərbəsi endirildi
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib, hava əlaqəsində fasilələr yaranıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
“Ənsar Allah” hərəkatının iddiasına görə, bu gün səhər ballistik raket Kral Xalid Beynəlxalq Hava Limanını vurub. Raket zərbəsi nəticəsində hava limanına ziyan dəydiyi və uçuşlarda fasilələrin yarandığı bildirilib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə üç ballistik raketin ələ keçirildiyini açıqlayıb. Bildirilib ki, raketlərdən ikisi Ər-Riyad, digəri isə Xamis-Muşayt istiqamətində hərəkət edib.
Səudiyyə tərəfi raketin hava limanına dəydiyini təsdiqləməyib.
19:16 08.10.2026
Oxunuş sayı: 59