Tramp İsrailin İrana yeni hücumuna razılıq verməyib
ABŞ Prezidenti Donald Tramp Konqresə keçiriləcək aralıq seçkilərindən əvvəl İsrailin İrana qarşı yeni hərbi əməliyyatına razılıq verməyə hazır deyil.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin “CNN” telekanalı bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu İrana yeni zərbələrin endirilməsində israrlı olsa da, Tramp noyabrın 3-də keçiriləcək seçkilərdən əvvəl belə bir əməliyyatı təsdiqləmək istəmir.
Bildirilir ki, əvvəlki hərbi qarşıdurmadan sonra İsrailin raket əleyhinə müdafiə imkanları zəifləyib. Bu səbəbdən mümkün cavab hücumlarının qarşısını almaq üçün ölkənin ABŞ-nin dəstəyinə ehtiyacı var.
“Planlar hazırdır. Onlar Trampın razılığını gözləyirlər. Bu, aralıq seçkilərindən sonra baş verə bilər”, – deyə CNN-in vəziyyətlə tanış olan mənbəsi bildirib.
Beləliklə, mənbələrin iddialarına əsasən, İsrailin İrana qarşı mümkün yeni hərbi əməliyyatı ilə bağlı qərar ABŞ-də keçiriləcək seçkilərdən sonraya saxlanıla bilər.
16:18 26.10.2026
Oxunuş sayı: 44