Rusiya sərhədində NATO-nun genişmiqyaslı hərbi təlimləri başlayır
Latviyada Rusiya sərhədi yaxınlığında NATO-nun çoxmillətli briqadasının tarixində ən genişmiqyaslı hərbi təlimlər başlayır.
Crossmedia.az xəbər verir ki, Latviyanın “Delfi” nəşri bu barədə məlumat yayıb.
“Resolute Reforger 2026” adlı hərbi təlimlər noyabrın 8-dək davam edəcək.
Məlumata görə, təlimlərə təxminən 3 min hərbçi və 1000 ədəd hərbi texnika cəlb olunacaq.
Təlimlər zamanı hərbi bölmələrin yerləşdirilməsi, onların maddi-texniki təminatı, uzaq məsafələrdə fəaliyyətinin əlaqələndirilməsi və Latviya Silahlı Qüvvələri ilə qarşılıqlı əməliyyat imkanları yoxlanılacaq.
Manevrlər NATO-nun çoxmillətli briqadasının müxtəlif bölmələrinin birgə fəaliyyətinin və əməliyyat hazırlığının təkmilləşdirilməsinə yönəlib.
16:35 26.10.2026
Oxunuş sayı: 48