Zelenski: Ukrayna bir aydır Pentaqondan imza gözləyir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə hava hücumundan müdafiə raketlərinin çatdırılması üçün tələb olunan sənədlərin təxminən bir aydır ABŞ-nin müdafiə naziri Pit Heqsetin imzasını gözlədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın “UNIAN” agentliyi bu barədə Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.
Prezidentin sözlərinə görə, Ukrayna ABŞ və digər tərəfdaşlarından hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün sürətləndirilməsini istəyir.
Söhbət, xüsusilə, “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan PAC-2 və PAC-3 raketlərindən gedir.
Zelenski bildirib ki, müvafiq sənədlər təxminən bir aydır Pentaqon rəhbərinin imzasını gözləyir.
“Amerika tərəfi ilə bu məsələni bir daha müzakirə etməyi tapşırmışam. Digər ölkələrlə də danışıqlar davam edir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
16:56 26.10.2026
Oxunuş sayı: 53