Hikmət Hacıyev “Le Figaro”nun fəaliyyətindən narazılığını bildirib
"Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edir, onların da təxminən 99,9 %-i yalandır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.
"Qərb mediası ayrı-ayrı ölkələrə qarşı dezinformasiya yayır və informasiyanı manipulyasiya edir, Azərbaycan isə daimi hədəfə çevrilir. Bizə cavab hüququ verilməsi xahişi ilə müraciət etdikdə, heç bir reaksiya olmur - bizə bu yazıları şərh etmək imkanı verilmir. Belə dezinformasiya dalğası ilə mübarizə aparmaq son dərəcə çətindir. Dünyanın bir çox ölkəsi bu problemdən əziyyət çəkir", - o bildirib.
15:54 26.10.2026
Oxunuş sayı: 56