Rusiya ilə müharibə istəmirik – Fransadan MÜHÜM AÇIQLAMA
Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd olan solçu siyasətçi Jan-Lük Melanşon ölkəsinin Rusiya ilə hərbi qarşıdurmaya cəlb edilməsinə qarşı çıxıb.
Crossmedia.az xəbər verir ki, Melanşon bu barədə “TPI Inform” nəşrinə müsahibəsində bildirib.
Jurnalistin Rusiyanı Fransanın düşməni hesab edib-etmədiyi barədə sualına siyasətçi mənfi cavab verib.
“Ruslarla heç bir müharibə istəmirik. Əlbəttə, onlar bizə hücum etsəydilər, cavab verərdik. Çünki belə də olmalıdır. Lakin bizi Rusiyaya qarşı müharibənin iştirakçısına çevirəcək heç bir addım atmamalıyıq”, – deyə Melanşon vurğulayıb.
Siyasətçi Fransanın Rusiya ilə birbaşa hərbi qarşıdurmadan yayınmasının vacibliyini qeyd edib.
Fransada 2027-ci ilin yazında keçiriləcək prezident seçkiləri ilə bağlı son sorğular da Melanşonun mövqeyinin gücləndiyini göstərir.
Oktyabrın 21–22-də keçirilmiş “Ipsos BVA–CESI” sorğusuna əsasən, Melanşon araşdırılan bütün seçki ssenarilərində ikinci tura keçmək üçün kifayət edən dəstək əldə edib. Sorğuda Marin Le Pen də yüksək göstərici nümayiş etdirib.
Beləliklə, seçkilərin mümkün iştirakçıları arasında Rusiya ilə münasibətlər və Fransanın xarici siyasət kursu mühüm müzakirə mövzularından biri olaraq qalır.
14:55 26.10.2026
Oxunuş sayı: 72