Holandın yeni görünüşü gündəm oldu: Oğlanı itirdik
Norveç millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holand yeni imici ilə sosial şəbəkələrdə gündəm olub.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Uzun saçları ilə tanınan 26 yaşlı futbolçu saçlarını qısaltdırdığı anları “Instagram” səhifəsində paylaşıb. Kadrlarda stilistin əvvəlcə qayçı ilə Holandın uzun saçlarını kəsdiyi, daha sonra isə saçlarını maşınla daha da qısaltdığı görünür.
Futbolçunun gözlənilməz imic dəyişikliyi sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
“Biz oğlanı itirdik”, “Ciddisən? Niyə belə etdin?”, “Sadəcə bunu etməzdin”, – deyə bəzi istifadəçilər yazıblar. Digərləri isə futbolçunun yeni görünüşünü bəyənərək, “Yeni mövsüm, yeni saç düzümü”, “Əslində, çox yaxşı alınıb”, “Yeni era başlayır”, – şərhlərini yazıblar.
Qeyd edək ki, avqust ayında İsveçin məşhur futbolçusu Zlatan İbrahimoviç də Holandın imic dəyişikliyinə ironik münasibət bildirib. O, yeni saç düzümünü tənqid edərək futbolçuya “Məni blokla” deyə müraciət etmiş və onunla artıq videobağlantı vasitəsilə danışmaq istəmədiyini bildirib.
11:11 24.08.2026
Oxunuş sayı: 70