Rusiya qoşunları FPV-dronlardan “gizli dinləmə” üçün istifadə edir
Rusiya qoşunları FPV-dronlardan yolların yaxınlığında gizlənərək hərbi texnikanın səsini aşkar etmək məqsədilə istifadə etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, “Forbes” bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri FPV-dronları “boz zona” adlandırılan ərazilərdə yolların kənarında yerləşdirir və onların mikrofonları vasitəsilə yaxınlaşan texnikanın səsini müəyyən edirlər.
Texnika aşkarlandıqdan sonra dron hədəfə müstəqil hücum edə və ya onun koordinatları barədə məlumatı artilleriyaya və digər pilotsuz uçuş aparatlarına ötürə bilər.
Bu üsulun əsas üstünlüyü dronun yolu birbaşa görməsinə ehtiyac olmamasıdır. Pilotsuz uçuş aparatı hasarın, binanın və ya digər maneənin arxasında gizlənərək enerjiyə qənaət edə və yalnız hədəf aşkar edildikdə fəaliyyətə keçə bilər.
11:22 23.08.2026
Oxunuş sayı: 56