ABŞ Ekvadora narkotik ticarəti ilə bağlı sanksiya tətbiq edib
ABŞ Ekvadorda yerləşən 10-dan çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vaşinqtonun bildirdiyinə görə, sanksiyaların səbəbi Cənubi Amerikadan Meksikaya, oradan isə ABŞ ərazisində yayılması üçün minlərlə kiloqram kokainin daşınması ilə bağlı fəaliyyətdir.
ABŞ bu addımın narkotik ticarəti şəbəkələrinin və onların beynəlxalq əlaqələrinin qarşısını almağa yönəldiyini bildirib.
23:40 20.08.2026
Oxunuş sayı: 65