Rusiyada 2027-dən avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minəcək
Rusiya Nəqliyyat Nazirliyi 2027-ci il martın 1-dən avtomobillərin texniki baxışı qaydalarının yenilənməsini təklif edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bununla bağlı hökumətin qərar layihəsi hazırlanıb.
Yeni qaydalara əsasən, texniki baxış ödənişli əsaslarla həyata keçiriləcək. Xidmət haqqı regional hakimiyyət orqanlarının müəyyən etdiyi maksimum həddi keçməməlidir.
Sənədlərdəki məlumatlarla avtomobilin göstəriciləri uyğun gəlmədikdə, texniki baxış operatoru xidmətdən imtina edə biləcək. Diaqnostikanın müddəti isə avtomobilin kateqoriyasından asılı olaraq 10 dəqiqədən 88 dəqiqəyədək təşkil edəcək.
23:05 20.08.2026
Oxunuş sayı: 54