Moskvanın ixrac qərarı Ermənistanda narahatlıq yaratdı
“Güclü Ermənistan” fraksiyasının üzvü Hayk Fərmanyanın bildirib ki, Rusiyanın Ermənistan məhsullarının ixracına tətbiq edə biləcəyi məhdudiyyətlər ölkədə təxminən 250 min insan üçün risk yarada bilər.
Crossmedia.az ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu qiymətləndirmə kənd təsərrüfatında və əlaqəli sahələrdə çalışan fermerləri, digər işçiləri, eləcə də onların ailə üzvlərini əhatə edir.
Deputat qeyd edib ki, hazırda kimin və hansı həcmdə zərər görəcəyini dəqiq hesablamaq mümkün deyil, lakin nəticələrin bir neçə ay sonra hiss olunacağını bildirib.
21:29 20.08.2026
Oxunuş sayı: 47