Türkiyə, Misir və Səudiyyə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefon danışığı aparıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tərəflər Qəzza ilə bağlı sülh planının həyata keçirilməsində yaranan çətinlikləri, mümkün birgə addımları, həmçinin Suriyadakı vəziyyəti və Hörmüz boğazındakı durumu müzakirə ediblər.
Hakan Fidan bildirib ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı bütün sahələrdə əməkdaşlıq və koordinasiyanı gücləndirmək niyyətindədir.
20:38 20.08.2026
Oxunuş sayı: 58