Diqqət: Saxta bank tətbiqləri istifadəçiləri hədəfə alıb
Google Play platformasında özünü Ozon Bank-a məxsus kimi göstərən iki mobil tətbiq peyda olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Şirkətdən bildirilib ki, həmin tətbiqlərin banka heç bir aidiyyəti yoxdur və onlar fırıldaqçılar tərəfindən hazırlanıb.
Ozon Bank istifadəçilərə saxta proqramları yükləməmək və şəxsi məlumatlarını həmin tətbiqlər vasitəsilə paylaşmamaq barədə xəbərdarlıq edib.
19:13 20.08.2026
Oxunuş sayı: 49