ABŞ-nin borcu 40 trilyon dolları aşdı
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları ötüb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarında bildirilir.
Qeyd olunur ki, ABŞ-də dövlət borcunun sürətlə artması əsasən dövlət xərclərinin gəlirləri davamlı şəkildə üstələməsi və büdcə kəsirinin borclanma hesabına maliyyələşdirilməsi ilə bağlıdır.
Məlumata görə, 2017-ci ilin əvvəlindən ABŞ-nin dövlət borcunun həcmi təxminən iki dəfə artıb.
Bununla yanaşı, dövlət borcuna xidmət xərcləri artıq illik 1 trilyon dolları ötür və federal büdcənin ən böyük xərc maddələrindən birinə çevrilir.
12:58 20.08.2026
Oxunuş sayı: 49