Monte Melkonyan haqqında film çəkildi
Ermənistanda vaxtilə ASALA terror təşkilatının üzvü olmuş Monte Melkonyanın həyatından bəhs edən “Monte” filmi hazırlanır. Filmin noyabr ayında ekranlara çıxacağı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “Armenpress” bu barədə məlumat yayıb.
“Genetic Production” şirkətinin istehsalı olan film Monte Melkonyanın həyatı və Birinci Qarabağ müharibəsində iştirakı əsasında hazırlanıb. Yaradıcı heyət ekran əsərinin real hadisələrə əsaslandığını bildirir.
Melkonyan 1980-ci illərdə ASALA ilə əlaqəli olub və sonradan Birinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin komandirlərindən biri kimi fəaliyyət göstərib. Ermənistanda isə onun haqqında “milli qəhrəman” obrazı formalaşdırılıb.
Filmin təqdimatında Melkonyanın hərbi fəaliyyəti və həyatının ön plana çəkilməsi onun ASALA ilə bağlı keçmişi ətrafında mübahisələri yenidən gündəmə gətirib. Tənqidçilər ekran əsərinin bu keçmişi kölgədə saxlayaraq onun obrazını romantikləşdirə biləcəyini bildiriblər.
12:51 20.08.2026
Oxunuş sayı: 69