Rusiyanın iqtisadiyyatı çətinliklərə baxmayaraq artır
Rusiya Prezidenti Vladimir Putin ölkənin infrastrukturuna qarşı törədilən terror hücumlarının kritik nəticələrə səbəb olmadığını və olmayacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Putin qeyd edib ki, bu cür hücumlar Rusiyaya zərər vurur, lakin strateji baxımdan ciddi fəsadlara gətirib çıxarmır.
Rusiya lideri bu açıqlamanı Strateji İnkişaf və Milli Layihələr üzrə Şuranın iclasında səsləndirib.
Putin həmçinin bildirib ki, Rusiyada iqtisadi dinamika ümumilikdə zəif olsa da, müsbət istiqamətdədir. Onun sözlərinə görə, 2026-cı ilin ilk yarısında ölkənin ÜDM-i 0,6 faiz, ikinci rübdə isə 1,3 faiz artıb.
20:47 19.08.2026
Oxunuş sayı: 47