Pompeo: Gəmiçilik azadlığı müzakirə mövzusu deyil
ABŞ-nin sabiq dövlət katibi Mayk Pompeo Hörmüz boğazının açıq saxlanılmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Mayk Pompeo açıqlama verib.
O bildirib ki, Hörmüz boğazının açılması yalnız qiymətlərin aşağı salınması məsələsi deyil, həm də gəmiçilik azadlığına mane olmağın qəbuledilməz olduğunu bütün dünyaya açıq şəkildə göstərmək baxımından vacibdir.
Pompeonun sözlərinə görə, gəmiçilik azadlığının qarşısının alınmasına heç vaxt yol verilməməlidir.
16:04 19.08.2026
Oxunuş sayı: 52