Tramp İranla bağlı strategiyanı dəyişir: uzunmüddətli iqtisadi təzyiq planı
ABŞ Prezidenti Donald Tramp İranla qısa müddətdə razılaşma əldə etmək cəhdlərindən geri çəkilərək Tehrana qarşı uzunmüddətli iqtisadi təzyiq strategiyasına keçməyə qərar verib.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Telekanalın məlumatına görə, Tramp vitse-prezident Cey Di Vens, Stiv Uitkoff və Cared Kuşner də daxil olmaqla danışıqlar aparan nümayəndələrinə Tehranla əlaqələri dayandırmağı tapşırıb.
Ağ Evdə müttəfiqlərə strategiyanın dəyişdirilməsi izah edilərkən əvvəlki “İrana mümkün qədər tez zərbə vurmaq” yanaşmasından uzun müddət ərzində Tehrana iqtisadi təzyiq göstərmək siyasətinə keçildiyi bildirilib.
Məlumata görə, yeni yanaşmanın əsas məqsədi İrana qarşı iqtisadi təzyiqi uzun müddət davam etdirmək və Tehranı danışıqlara sövq etməkdir.
14:33 19.08.2026
Oxunuş sayı: 51