Burnham aldadıldığını etiraf etdi
Böyük Britaniyanın Mançester meri Endi Börnham ABŞ Prezidenti Donald Trampın aparat rəhbəri Syuzi Uayls olduğunu iddia edən şəxslə mesajlaşdığını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Börnham bildirib ki, yazışma zamanı yalnız çox məhdud məlumat mübadiləsi aparılıb və heç bir əhəmiyyətli məlumat qarşı tərəfə ötürülməyib. Onun sözlərinə görə, vəziyyəti qısa müddət sonra anlayıb və məsələni dərhal aidiyyəti qurumlara bildirib.
“Hadisə ilə bağlı düzgün addımlar atdım. Bütün siyasətçilər belə təzyiq və çağırışlarla üzləşirlər, lakin mən hər şeyi düzgün etdim”, – deyə Börnham qeyd edib.
Məlumata görə, Liberal Demokratlar Partiyasından deputat Ceyms MakKleri Böyük Britaniya Parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinə müraciət edərək hadisənin araşdırılmasını istəyib. O, baş verənləri ciddi təhlükəsizlik pozuntusu adlandırıb və belə halların təkrarlanmaması üçün insidentin necə baş verdiyinin müəyyənləşdirilməsinin vacib olduğunu vurğulayıb.
Börnhamın sözlərinə görə, hadisə ilə bağlı həm Böyük Britaniyada, həm də ABŞ-də müvafiq tədbirlər görülüb. Bununla belə, araşdırmanın detalları açıqlanmayıb.
12:23 19.08.2026
Oxunuş sayı: 55